“PAŞA Holding” Bərdədə 300 ailəyə ərzaq yardımı payladı – Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına əsasən,  ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə hazırda davam edən xüsusi karantin rejimi ilə əlaqədar müxtəlif tədbirlər, o cümlədən sosial dəstək tədbirləri həyata keçirir.


XALQ.AZ xəbər verir ki, növbəti belə bir tədbir Bərdə Rayon İcra Hakimiyyəti və “Paşa Holdinq” MMC-nin birgə təşəbbüsü ilə Bərdə şəhərində həmçinin qəsəbə və kəndlərində baş tutub.


Belə ki, rayon ərazisində yaşayan yaşı 65-dən yuxarı tənha şəxslərə, aztəminatlı  o cümlədən şəhid ailələrinə baş çəkilib, onlara ümumilikdə 300 ədəd gündəlik ərzaq məhsullarından ibarət yardımlar çatdırılıb.


Aksiyadan yararlanan rayon sakinləri dövlətimiz tərəfindən onların sosial məsələlərinin həllinə daim böyük diqqət göstərildiyini, hər zaman qayğı ilə əhatə olunduqlarını bildirib və karantin rejimi müddətində onlara göstərilən diqqət və qayğıya görə  başda dövlət başçısı cənab İlham Əliyev və ölkənin birinci xanım Mehriban xanım Əliyeva olmaqla bütün aksiya iştirakçılarına təşəkkür ediblər.

Görüntünün olası içeriği: 1 kişi, ayakta ve açık hava
Görüntünün olası içeriği: 2 kişi, ayakta duran insanlar
Görüntünün olası içeriği: 1 kişi, ayakta ve açık hava
Görüntünün olası içeriği: 1 kişi, ayakta
Görüntünün olası içeriği: 1 kişi, ayakta
Görüntünün olası içeriği: 4 kişi, ayakta duran insanlar ve açık hava
Görüntünün olası içeriği: 2 kişi, ayakta duran insanlar
Görüntünün olası içeriği: 1 kişi, ayakta

XALQ.AZ