“PAŞA Holding” İmişlidə 300 ailəyə ərzaq yardımı payladı – Foto

20200812 164804

İmişli Rayon İcra Hakimiyyəti və Paşa Holding” MMC birgə təşəbbüsü ilə aztəminatlı ailələr üçün sovqat aksiyası təşkil edilib.

XALQ.AZ xəbər verir ki, aksiya iştirakçıları gündəlik ərzaq məhsullarından ibarət 300 ədəd bağlamanı yaşı 65-dən yuxarı tənha yaşayan ahıllara, fiziki məhdudiyyətli şəxslərə, Qarabağ qazilərinə, şəhid və sosial müdafiəyə ehtiyacı olan aztəminatlı ailələrə çatdırıb. Tədbir çərçivəsində rayonun Qızılkənd kəndində yaşayan 100 yaşlı Seyidova Səriyyə Mirsəl qızı da ziyarət edilib və ona da sovqat dolu bağlamalar təqdim edilib. Keçirilən belə sosial aksiya ölkəmizdə koronovirus (COVİD-19) pandemiyası dövründə milli həmrəyliyin güclənməsinin növbəti təzahürü və yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərin, şəhid və aztəminatlı ailələrin rifahına dəstək sahəsində dövlətin apardığı işlərə bir daha dəstək oldu.⠀

İmişli rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısının “Biz birlikdə güclüyük!” çağırışı əsasında reallaşan aksiyanın təşkilatçılarına öz minnətdarlıqlarını ifadə ediblər.

20200812 164804
IMG 1622
IMG 1625
20200812 164814
IMG 1636
IMG 20200813 WA0003
IMG 20200813 WA0002
IMG 20200813 WA0004
IMG 20200813 WA0005

XALQ.AZ