“PAŞA Holding” Neftçalada 300 ailəyə ərzaq yardımı payladı – Foto

⁣”PAŞA Holding” MMC-nin təşkilatçılığı və Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Neftçala şəhəri, qəsəbə və kəndlərində 300 ailəyə (tənha yaşlılara, şəhid ailələrinə və aztəminatlı ailələrə) ərzaq yardımı verilib.⠀

XALQ.AZ xəbər verir ki, ərzaq payları “PAŞA Holding” MMC-nin əməkdaşları və Neftçala Rayon Könüllüləri ilə birgə Neftçala şəhəri, qəsəbə və kəndlərində tənha yaşlıların, şəhid ailələrinin və aztəminatlı ailələrin evlərinə aparılaraq onlara bir başa yerində çatdırılıb.⠀

Keçirilən belə sosial aksiyalar ölkəmizdə Korona virus (COVİD-19) pandemiyası dövründə milli həmrəyliyin güclənməsinin növbəti təzahürü və yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərin, şəhid ailələrinə və aztəminatlı ailələrin rifahına dəstək sahəsində dövlətin apardığı işlərə bir daha dəstək oldu.⠀

“PAŞA Holding” MMC-nin rəhbərliyinə Neftçala RİH və rayon sakinləri adından təşəkkür edirik.

XALQ.AZ