Qənirə Paşayeva Tovuzda 20 Yanvar tədbirinə qatıldı – Foto

Yanvarın 19-da Aşıq Əkbər Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir keçirilib.

XALQ.AZ xəbər verir ki, 105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva bu tədbirdə iştirak edib.

“O gündən düz 30 il keçdi, amma hər şey sanki ötən gün baş verib. Azadlıq arzularımız gerçəkləşdi, əziz şəhidlərimiz. Azadlığımız, müstəqilliyimiz uğrunda şəhid olan bütün qardaş-bacılarımızı rəhmətlə anır, qarşılarında baş əyirik. Müstəqilliyimiz hər zaman əbədi olacaq, inşallah!”, – Qənirə Paşayeva qeyd edib.