“PASHA Holding” Gəncədə 500 ailəyə yardım etdi

gen

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, “PASHA Holding”in təşkilatçılığı ilə aztəminatlı ailələr üçün sosial aksiya keçirilib.XALQ.AZ xəbər verir ki, Aksiya zamanı Gəncə şəhərində yaşayan 500 aztəminatlı ailəyə baş çəkilib, onlara, daxilində gündəlik istifadə olunan müxtəlif məhsullarından ibarət, ərzaq “səbəti” təqdim olunub.

“Biz birlikdə güclüyük!” devizi altında həyata keçirilən sosial aksiya Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində reallaşıb.

a64c6cdca543399b9eecc0e690de0465

Qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərilməsi baxımından əhəmiyyətli olan bu qəbildən aksiyalar sosial-iqtisadi dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, aztəminatlı ailələri qayğı ilə əhatə etmək, onların yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi daşıyır.

readmsg?id=16014445461161022460;0;1&exif=1&full=1&x email=info