Paşinyan çıxılmaz durumda- Çox itki vermişik

nocomment 2518582ae354b91d8c252ab12f7a7e8e ugbais6q8whencxv5319

Sentyabrın 27-dən Dağlıq Qarabağda aparılan döyüşlərdə Azərbaycan ordusuna uduzan Ermənistan rəhbərliyi məğlubiyyətini dolayı yolla da olsa, etiraf edib.

XALQ.AZ xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan bu gün feysbuk hesabında yayımladığı videomüraciətdə ordusunun çətin anlar yaşadığını və itkilər verdiyini dilə gətirib.

“Bu müddət ərzində çox itki verdik. Bu anda qurbanlarımızın sayı çoxdur və onlar üçün yas tuturam”, -deyə Paşinyan bildirib.

O, Azərbaycan ordusunun uğurlarının erməni ordusuna məxsus arxa cəbhədə çaxnaşma yaratdığını qeyd edib.

“Azərbaycan Silahlı Qüvvələri döyüşlərin son günlərində taktikalarını dəyişiblər. Bunu ümidsizlik yaymaq üçün deyil, xalqla həqiqət dilində danışmalı olduğum üçün deyirəm”- deyə o qeyd edib.

Paşinyan bildirib ki, Qarabağda vəziyyət ağır olaraq qalır.