Paşinyan (Covid-19) yoluxub, koronavirus olan nazirlərlə təmasda olub

Xəbər verdiyimiz kimi , Ermənistanın Ərazi İdarəçiliyi və İnfrastruktur Nazirliyində yeni növ koronavirusa (COVID-19) yoluxma halı qeydə alınıb.

Bu barədə Baş Nazirin müavini Tiqran Avinyan bildirib. O qeyd edib ki, Ərazi İdarəçiliyi və İnfrastruktur naziri Suren Papikyan (COVID-19) yoluxub. Həmçinin Ermənistanın səhiyyə naziri Arsen Torosyan koronavirusa görə özünü təcrid edib. XALQ.AZ xəbər verir ki, Ermənistanda sosial şəbəkələrdə yayılan məlumatlara görə N. Paşinyanda virusa yoluxub,lakin bu xəbəri ciddi cəhdlə gizlədirlər. Belə ki, Paşinyan Ərazi İdarəçiliyi və İnfrastruktur naziri Suren Papikyanla səhiyyə naziri Arsen Torosyan və bir nəçə gün öncə görüşüb. Görüş barədə heç bir açıqlama verilmir amma yayılan məlumatlara görə Paşinyan hər iki nazirlə təmasda olub. Paşinyanın COVID-19 yoluxma ehtimalı qaçılmaz olduğu vurgulanır.