“Paşinyan dediyini düşünməlidir”

“Belə bəyanatlar Paşinyan tərəfindən ilk dəfə səsləndirilməyib. Lakin hansısa bəyanat veriləndə həmin şəxs nə dediyini düşünməlidir”.

XALQ.AZ xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi sonuncu fikirlərə münasibət bildirib.

Nazir vurğulayıb ki, danışıqlar aparanda hazırlıq görülməlidir: “Hansısa bəyanat veriləndə həmin şəxs nə dediyini düşünməlidir. İlk növbədə ortada sənədlər var. ATƏT-in Minsk qrupunun mandatını oxumaq lazımdır. Burada açıq şəkildə yazılıb ki, münaqişədə tərəf Ermənistan və Azərbaycandır və danışıqlar da bu iki dövlətin arasında gedir. O ki qaldı Dağlıq Qarabağ icmasına, onlar burada maraqlı tərəfdirlər. Əgər belədirsə, burada da Azərbaycan icmasının olduğu nəzərə alınmalıdır”

 

 

Orxan