Paşinyan istefaya gedir

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, “Çiçəklənən Ermənistan” və “Daşnaksütun” partiyalarından olan nazir və qubernatorların vəzifələrindən azad olunması barədə fərmanlar qüvvəyə mindikdən sonra istefaya gedəcək.

Daha öncə çərşənbə axşamı günü Paşinyan “Çiçəklənən Ermənistan” və “Daşnaksütun” partiyalarından olan nazir və qubernatorların vəzifələrindən azad olunması barədə göstəriş verib, sonuncu partiya özü öz nazirlərini geri çağırıb.

 

“Nazirlərin və qubernatorların işdən çıxarılması haqqında qərar hüquqi qüvvəyə mindikdən sonra istefaya gedəcəyəm… Baş nazir vəzifələrini icra etməyəcəyəm”, – Paşinyan deyib.

O əlavə edib ki, parlament yeni baş naziri seçməzsə, növbədənkənar parlament seçkiləri təyin olunacaq.

Qeyd edək ki, nazirlərin vəzifəsindən azad olunması haqqında fərmanları ölkə prezidenti təsdiq etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.