Paşinyan növbəti dəfə ifşa olundu – Faktlar

Mikael Minasyan: “Paşinyanın çoxdankı arzusu idi ki, o Qagik Tsarukyandan yaxşı yaşasın, keyfiyyətli ömür sürsün”

Ermənistanın baş naziri Nikol Paşinyana qarşı erməni ictimaiyyəti tərəfindən ittihamlar səngimir. Onun bitib-tükənməyən mənfi cəhətləri istər sadə xalqda, istər mediada, istərsə də ictimai-siyasi şəxslərdə qıcıq yaradır. Bugünlərdə erməni baş nazirin babasının guya İkinci Dünya Müharibəsində “qəhrəmancasına vuruşaraq həlak olması” barədə sosial şəbəkədəki paylaşımının ardınca ölkədə nəşr edilən “İrvanuk” qəzetinin yalanı ifşa etməsi erməni cəmiyyətində ajiotaj yaratmış oldu. Məlum oldu ki, Nikol Paşinyanın babası əsir düşdükdən sonra faşist Almaniyasının xidmət edib və sovet qoşunlarına qarşı döyüşərək öldürülüb.

Lakin bu da son deyil. 

XALQ.AZ xəbər verir ki, Ermənistanın Vatikandakı sabiq səfiri, keçmiş prezident Serj Sarqsyanın kürəkəni Mikael Minasyan özünün Facebook səhifəsində yeni videomüraciət səsləndirib. Bu barədə Sputnik Armeniya məlumat yayıb. Belə ki, Minsayan Paşinyan hökumətini pəjmürdə edən və xüsusilə baş nazirin korrpusiyalaşmış idarəçiliyini ifşa edən, habelə beynəlxalq mafioz qruplarla əlbirliyini üzə çıxaran informasiyaları ictimailəşdirib. SİTAT: “Mən deməliyəm ki, Nikol Paşinyan heç də populist deyil. Paşinyanın çoxdankı arzusu idi ki, o Qagik Tsarukyandan (erməni oliqarxı və siyasətçisi) yaxşı yaşasın, keyfiyyətli ömür sürsün. Paşinyan populizm qanunlarını pozdu, o dövlət oliqarxından başqa kimsə deyil”.

“Xalqın hesabına on minlərlə dollarlar boş yerə xərclənir”

Sarqsyanın kürəkəni Paşuinyana xatırlatma edərək deyib ki, o öz ailə üzvləri üçün qiyməti 600-700 min dollar olan avtomobillər alıb. Onun sözlərinə görə, ölkənin birinci adamının və ailə üzvlərinin təhlükəsizliyini təmin etmək üçün əldə edilən bu kimi avtomobillər Ermənistanda son 30 ildə ümumiyyətlə olmayıb. Beləliklə, həyat qaydasnın poplizmlə bağlı olmadığını deyən Misanyan əlavə edib ki, buna misal olaraq,onun öz arvadı ilə Milanın La Skala operasına getməsini, Müqəddəs Lazar adasında səfərini də göstərmək olar. SİTAT: “Bu, xalqın hesabına edilir, on minlərlə dollarlar xərclənir. Buna baxmayaraq, Paşinyan İtaliyaya səfəri zamanı iki şeyə nail olub: mənasız yerə xəyala gətirilməyəcək məbləğdə vəsaitlər xərclənib, üstəlik İtaliya Senatının sədrinə Mikael Minasyanın Vatikanın zirzəmilərində gizlədildiyini deyərək, ona ittiham irəli sürüb. Eyni zamanda, çoxmilyardlı mükafatların da populizmlə ümumiyyətlə heç bir əlaqəsi yoxdur”.

“İrəvanda əldə edilmiş qaçaqmal siqaretlərin Rusiyada tapılmasından sonra məlum olub ki, onlar “Mənim addımım”dan olan deputat, Paşinyanın qohumu Sipan Paşinyanındır”

Sabiq səfir bildirib ki, Ermənistanda hazırda iki qrup insanlar formalaşıb – onların bir hissəsi əvvəllər elə də yaxşı yaşamayıblar, indi isə xalqın hesabına şık, dəbdəbəli həyat sürürlər və xalqın özüdür ki, əvvəllər pis yaşayırdı, indi isə daha pis həyat sürür.

Onun sözlərinə görə, Paşinyan başa düşür ki, yaxın vaxtlarda baş nazir postunu itirəcək və bu səbəbdən daha çox vəsait yığmağa cəhd göstərir. Hətta buna görə beynəlxalq mafiya ilə anlaşmalara gedir. SİTAT: “İrəvanda əldə edilmiş qaçaqmal siqaretlərin Rusiyada tapılmasından sonra məlum olub ki, onlar “Mənim addımım”dan olan deputat, Paşinyanın qohumu Sipan Paşinyanındır. Sənədlərdə son məntəqə Əfqanıstan göstərilir. Lakin siqaretlər Rusiyada aşkarlanaraq müsadirə edilib”.

Ermənistanın Vatikandakı keçmiş səfiri təsdiq edir ki, S.Paşinyana dəstəyi N.Paşinyanın kadrı və arvadı Anna Akopyan və dövlət gəlirləri komitəsinin sədr müavini Şuşan Nersisyan dəstək göstəriblər. Ortaq kimi isə, A.Akopyanın qardaşı, “Mənim addımım”ın deputatı Qraç Akopyan çxış edib. Göründüyü kimi, artıq N.Paşunyana qarşı sürülən ittihamlar artmaqdadır və bu reallıq bir daha sübut edir ki, onun hay-küylə, xalqı aldadaraq hakimiyyəti ələ almasından sonra Ermənistana və xalqına qarşı törətdiyi cinayətləri boş qalmayacaq. Hətta onun devrilməsi mümkünlüyü gündəmə gələ, bununla da özünün və yaxınlarının şık, dəbdəbəli həyatına son qoyula bilər.

XALQ.AZ