Paşinyan Putinin qarşısında biabır oldu

Sankt Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında insident baş verib.

XALQ.AZ xəbər verir ki, iclas zamanı quruma sədrlik Ermənistandan Belarusa keçib.

Çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan üzv ölkələrin rəhbərləri, eləcə də Moldovanın prezidenti İvan Dodonu və Ali Avrasiya İqtisadi Şurasının fəxri sədri Nursultan Nazarbayevi salamladıqdan sonra protokolu kobud şəkildə pozub.

Belə ki, o, ev sahibi qismində iştirak edən Rusiya prezidenti Vladimir Putinə söz vermək əvəzinə sənədlərin imzalanmasına keçməyi təklif edib.

Daha sonra söz təklif edilən V.Putin çıxışdan imtina edib.

Orxan