Paşinyan Rusiyaya getdi

Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının toplantısında iştirak etmək üçün Rusiyaya səfərə gedib.

XALQ.AZ xəbər verir ki, Dekabrın 6-da Sankt-Peterburqda ittifaqın iclası keçiriləcək.

Toplantıda internet-bazarın tənzimlənməsi, şəbəkə texnologiyasının inkişafı, neft satışı üçün ümumi bazarın formalaşması, təbii qaz və neft məhsulları siyasəti üzrə müzakirə ediləcək.

Qeyd edək ki, Nikol Paşinyan əvvəllər Ermənistanın bu təşkilatdan çıxması uçün mübarizə aparırdı.

 

Orxan