Paşinyan yazıb: “Ermənistan Azərbaycan rayonlarını işğal edib”-Fakt

Paşinyan

Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı öz sələflərinin qeyri-konstruktiv mövqeyini davam etdirir. Maksimalist mövqedən çıxış edən Paşinyan “Qarabağ Ermənistandır, nöqtə” kimi populist ifadə səsləndirməklə danışıqlar prosesinə ciddi zərbə vurmuşdu.

XALQ.AZ xatırladır ki, jurnalist olduğu illərdə o, Qarabağ münaqişəsi ilə bağlı tam fərqli mövqe nümayiş etdirir, hətta, Ermənistanın işğalçılıq siyasətini ifşa da edirdi.

1998-ci ildə “Oraqir” qəzetini yaradan Paşinyan 1999-cu ildə qəzet bağlandıqdan sonra onun davamı kimi “Haykakan jamanak” qəzetini yaradır. Uzun illər qəzetin baş redaktoru olan Nikol Paşinyan (red-hazırda qəzetin baş redaktoru onun yoldaşı Anna Akopyandır) Robert Koçaryan və Serj Sarkisyan hakimiyyətini təndiq etməklə yanaşı, ölkəsinin təcavüzkar siyasətini də tənqid edirdi.

modern.az nikol 978

1999-cu il yanvarın 28-də Paşinyan “Oraqir” qəzetində “Ermənistanda da, işğal olunmuş torpaqlardakı kimidir” sərlövhəli məqaləsində yazırdı:

“Ermənistan ordu birləşmələri cəbhədə ilk ciddi uğurlarını qazanan, yəni Azərbaycanın bir neçə rayonunu işğal edən zaman, işğal olunmuş torpaqlarda qarət başladı”.

Rəsmi Yerevanın işğalçılıq siyasətini ifşa edən hazırkı baş nazir bu barədə 2001-ci ilin mayında “Aykakan jamanak” qəzetində də yazmışdı.

“Beləliklə, məni hələ də təccübləndirir ki, ölkəmizdə işğal olunmuş torpaqlarla bağlı illüziyası olan insanlar var… Yaxşı diplomatiya hesabına həmin ərazilərin Azərbaycana qaytarılmamasının mümkünlüyünə inanmıram”.

Maraqlıdır ki, 2018-ci ilin mayından Ermənistan hökumətinə başçılıq edən Nikol Paşinyan “Qarabağ klanı”nın siyasi xəttini davam etdirərək, Qarabağla bağlı jurnalist kimi nümayiş etdirdiyi mövqedən imtina edərək, rəsmi Yerevanın təcavüzkar siyasətini dəstəkləyir.