Paşinyanın səriştəsiz siyasəti nəticəsində Ermənistan iqtisadiyyatında böhran yaşanır

pas

Sentyabrın 27-dən erməni təxribatları ilə başlayan döyüşlərdən əvvəl də Ermənistandakı daxili siyasi və sosial-iqtisadi vəziyyət böhran içərisində idi, o cümlədən cəmiyyətdəki əhval da çox aşağı səviyyədə idi.

Bunu Milli Məclisin deputatı Kamran Bayramov deyib.

kamrr

Deputat bildirib ki, ümumiyyətlə Paşinyanın Ermənistana rəhbərlik etdiyi dövrdə iqtisadiyyat çökməyə başladı, cəmiyyətdə əhval daha aşağı səviyyəyə düşdü:

“Sentyabrın 27-dən döyüşlər başlayandan sonra onsuz da zəif büdcəsi olan Ermənistan iqtisadiyyatına çox ciddi zərbə vuruldu. Paşinyan Ermənistan tarixində yalnız populist, təxribat dolu çıxışları ilə yadda qaldı və Paşinyanın bu bərbad idarəçliyi Ermənistan cəmiyyətində gərginliyin artmasına səbəb oldu.

Əslində Paşinyanın bu populist çıxışlarında, bəyanatlarında əsas məqsədi ölkə daxilində mövcud olan problemlərdən əhalinin diqqətini yayındırmaq və öz səriştəsizliyini gizlətmək idi. Son günlər baş verən döyüşlər göstərdi ki, Paşinyan nəinki ölkəsini, heç özünü də idarə edə bilmir. Elə xalqına ünvanladığı son müraciəti də yalanlarla dolu idi. Amma müəyyən etiraflar da etdi ki, cəbhədə vəziyyət ağırdır, ordu böyük itkilərə məruz qalıb və Ermənistana çox böyük zərbə vurulub.

K.Bayramov qeyd edib ki, bu itkilərə görə günahkar məhz Paşinyan özüdür və yeritdiyi səriştəsiz siyasətdir. Göründüyü kimi Ermənistanda ciddi siyasi böhran yaşanmaqdadır və bundan sonra da dərinləşəcək. Çünki Ermənistan məğlub olan tərəfdir və heç bir əsas, səbəb gətirə bilmirlər, ancaq yalan dolu bəyanatlar verirlər ki, guya taktiki baxımdan geri çəkilirlər, amma Ermənistan cəmiyyətinə həqiqəti deməkdən çəkinirlər.

Düşünürəm ki, bütün hadisələr ona gətirib çıxaracaq ki, Ermənistanda vəziyyət daha da pisləşəcək, ağırlaşacaq.

Azərbaycanın işi haqq işidir, öz torpaqlarını işğaldan azad edir”.