Paşınyanın son durumu-Təhlükəsizlik Şurasının iclası

image 2020 09 29 010450

Azərbaycan ordusunun əks-hücumu nəticəsində ağır zərbələr almış Ermənistanın hakimiyyəti təşviş içərisindədir.

Baş nazir Nikol Paşinyan gecə saatlarında təcili olaraq Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırıb.

Премьер-министр Никол Пашинян и президент Армен Саркисян на Совете безопасности (28 сентября 2020). Еревaн

XALQ.AZ erməni mediasına istinadən xəbər verir ki, iclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Ermənistan prezidenti Arman Sarkisyan, Milli Məclis sədri Ararat Mirzoyan, baş nazirin aparat rəhbəri Eduard Ağacanyan, əraziidarəetmə və infrastruktur naziri Suren Papikyan, həmçinin sənaye və yüksək texnologiyalar naziri Akop Arşakyan da iştirak edib. İclasda cəbhədəki vəziyyət müzakirə olunub.

Hakimiyyətinin “ölüm-qalım” məsələsi həll olunan N.Paşinyanın nə qədər gərgin vəziyyətdə olması yayılan fotodan da aydın görünür.