“Patron” tumunun içərisindən it nəcisi çıxdı – Fotolar

Patron” günəbaxan tumunun içərisindən it nəcisi çıxıb.
 XALQ.AZ xəbər verir ki, bu barədə sosial şəbəkələrdə şəkillər paylaşılıb. Qeyd edilib ki, Şabran şəhər sakini aldığı tumun paketini açarkən qabın içərisindən uduş əvəzinə it nəcisi çıxıb.Bu da adıçəkilən tumların hansı şəraitdə hazırlanması ilə bağlı şübhələr yaradıb.
Qeyd edək ki, Tərtər rayonunda istehsal olunan “Patron” tumlarının üstündəki reklamdan məlum olur ki, istehsalçı alıcılara uduşlu lotereya qazanmaq fürsəti verir. Amma görünür “Patron”un içindən çıxan da elə istehlakçıya şirkətin xüsusi bir “hədiyyəsidir”. Məsələ ilə bağlı “Patron” tumları ilə əlaqə saxlamaq mümkün olmayıb

Unikal.org