Patronla zarafat faciəyə səbəb oldu

Patron

Ötən gün Quba sakininin əlində patron partlayıb.

Xalq.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Hacıqabul rayonu “Muşovdağ” adlandırılan ərazi baş verib. Quba rayon sakini Sahil Ağayev həmin ərazidən tapdığı patronla ehtiyatsız davrandığından partlayış baş verib.

S.Ağayev əlindən və ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.