Payızın Azərbaycana gələcəyi vaxt açıqlandı

Bu il Azərbaycanda payız fəslinin başlanacağı dəqiq vaxt açıqlanıb. 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından  bildirilib ki, payız fəsli sentyabrın 23-də saat 11.50-də daxil olacaq. Həmin gün – həftənin bazar ertəsi gecə-gündüz bərabərliyi baş verəcək.Sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Gecələrin uzanması dekabrın 22-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq. Qış isə Azərbaycana dekabrın 22-i Bakı vaxtı ilə saat 08.19-da qədəm qoyacaq.