Paytaxtda AĞIR QƏZA: ölən və yaralanan var

Gecə saatlarında Sabail rayonu Bibiheybət qəsəbəsində yüksək sürətlə hərəkət edən avtomobil SOCAR-ın yanacaqdoldurma məntəqəsinin lövhəsinə çırpılıb.
XALQ.AZ xəbər verir ki, hadisə nəticəsində  “BMW” markalı maşın alışıb yanıb:
Avtomobildə olan bir nəfər dünyasını dəyişib, digəri isə 1990-ci il təvəllüdlü İsgəndərov Kamran İlqar oğlu kəllə beyin travması ilə 1 saylı Kiliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Yeganə


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.