Paytaxtda saxta endirim fırıldağı

 

59

 

Bu gün şəhərdə üzərində 70 %, 50 %, hətta 90 % endirim yazılan mağazalara rast gəlmək mümkündür. Maraqlandıqda isə məlum olur ki, bu endirim kampaniyaları əslində süni xarakter daşıyır.

Çünki bu endirimlər bütün məhsullara aid edilmir. Yalnız mövsümü bitmiş, yaxud keyfiyyət göstəriciləri aşağı düşmüş mallara tətbiq edilir. Nəticədə isə alıcıların həmin mağazanın sahibkarlarina inamı azalır.
Satıcılar isə bu tip reklamların işə yaradığı qənaətindədir. Yəni göz qamaşdıran, böyük rəqəmli endirim lövhələri mağazaya müştəri cəlb edə bilir.
Mütəxəssilər isə hesab edirlər ki, reklam haqqında qanunda olan boşluqdan yararlanan bəzi sahibkarlar bundan sui istifadə edərək süni endirimlərlə istehlakçıların hüquqlarını pozur.

Xarici dövdətlərdə endirimlər xüsusi qanunla tənzimlənir. MDB ölkələrindən Rusiya, Qazaxıstan və Ukraynada saxta endirimlərlə bağlı qanun qəbul edilib. Rusiyada mağaza təkrar olaraq 3 dəfə saxta endirim təklif edirsə, həmin mağaza bağlanır və əmlakı müsadirə edilir. Həmçinin Rusiyada 25 %-dən, Ruminiyada isə 30 %-dən artıq endirim dərəcəsi təyin etməyə icazə verilmir.