Paytaxtın iki rayonu qazsız qalacaq

Qaz

Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təmir və sınaq yoxlama işlərinin aparılması ilə əlaqədar bu gün saat 18:00-dək Sabunçu, işlər başa çatanadək isə Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.