Pele Tofiq Bəhramovu xatırladı

Pele

“Futbol Kralı”, bütün xalqların və zamanların ən yaxşı futbolçusu Pele müsahibəsində həmyerlimiz, hakim Tofiq Bəhramovun DÇ-66-nın finalında verdiyi qərarı xatırlayıb.

Azerisport.az xəbər verir ki, qolun müəyyən edilməsi üçün yeni texnologiyaların tətbiqi haqda sualı cavablayarkən, Pele bunları söyləyib: FIFA qolun müəyyən edilməsi üçün yeni texnologiyaların tətbiqini nəzərdə tutan məsələni müzakirə edərkən, mən lehinə səs verdim. Ancaq yeni texnologiyaları ehtiyatla tətbiq etmək lazımdır. Məsələn, qapıçı topu elə örtə bilər ki, top kameralar üçün görünməz olsun və onda bu sistem işləməyəcək. Belə hallarda “Uemblidə” olduğu kimi (DÇ-66-nın İngiltərə və Almaniya arasında keçirilmiş final oyunu (4:2) zamanı yan xətt hakimi Tofiq Bəhramov topun qapı xəttinin keçməsini təsdiqləmiş, ingilislərin vurduğu qolu hesaba almışdı).