Pensiya alanlara nazirdən şad xəbər

Pensiyaçılar gələn aydan pensiyalarını artımla alacaqlar.

XALQ.AZ xəbər verir ki,  bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.

Nazirin sözlərinə görə, bununla bağlı yekun qərar Dövlət Statistika Komitəsinin təqdim edəcəyi rəqəmlərdən sonra veriləcək.

Nazir bildirib ki, sosial müavinətlərin elektonlaşdırılması prosesi də davam edir. Bu il ərzində avtomatlaşdırılmış qaydada pensiya təyinatından 36 min nəfər yararlana biləcək. Yaxın vaxtlarda isə ölkədə sosial müavinətlər də elektron qaydada təyin olunacaq.

Azərbaycanda pensiya yaşı tamam olanlara SMS-lə məlumat göndərilməsi xidməti isə işə düşüb. Pensiya təyinatını SMS-lə öyrənən ilk vətəndaş isə Bakı şəhər Yasamal rayonu sakini Ramazan Şabanov olub. Hər hansı sənəd toplamayan və heç bir yerə müraciət etməyən Ramazan Şabanova bu barədə məlumat birbaşa SMS-lə göndərilib.

Nazır ilk DOST Mərkəzinin bu ilin ilk rübündə fəaliyyətə başlayacağını da deyib. Bununla bağlı artıq bəzi işlər yekunlaşdırılıb. Hazırda ilk DOST Mərkəzinin yerləşəcəyi binada təmir işləri yekunlaşma ərəfəsindədir.

 

Orxan