Pensiyaçılar artırılmış məbləği nə vaxt alacaq?

Pensiya alan vətəndaşımızın pensiyası gələn aydan indeksasiya olunacaq və yanvar ayında pensiyaçılar artırılmış məbləği alacaqlar.

XALQ.AZ xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov pensiya məbləğlərinin necə indeksasiya olunacağı ilə bağlı danışarkən deyib.

İqtisadçı bildirib ki, hər ilin yanvarında pensiya və eləcə də pensiya kapitalının indeksasiyası həyata keçirilir və mövcud qanunvericiliyə əsasən, pensiya məbləğləri əvvəlki ildə orta aylıq əmək haqqındakı artımlara, pensiya kapitalı isə infilyasiya səviyyəsinə uyğun olaraq indeksasiya olunur:

“Bu o deməkdir ki, pensiya alan vətəndaşımızın aldığı pensiya məbləği artıq gələn aydan indeksasiya olunacaq və yanvar ayında pensiyaçılar artırılmış məbləği alacaqlar. Pensiya kapitalı olan, amma hələlik pensiya yaşı çatmayan vətəndaşlarımızın yığımı isə infilyasiya göstəricisi ilə indeksasiya olunub artırılacaq. Hələlik pensiya məbləğlərinin indeksasiya məbləği dəqiqləşməyib. Çünki bu rəqəm il başa çatandan sonra müəyyənləşir.

Gözlənilir ki, 2020-ci il yanvarın ikinci yarısı Dövlət Statistika Komitəsi orta aylıq əmək haqqıdakı rəsmi artımı elan etdikdən sonra pensiya məbləğləri indeksasiya olunaraq artırılacaq”.

XALQ.AZ