Pişik “qatili”

Pishik

Insan öldürdüyünə görə həbs edilən şəxsə rast gəlmişik, amma bu hadisə təəccübləndirdi. Xalq.az-ın məlumatına görə, pişiyi öldürdüyünə görə Britaniya vətəndaşına 18 ay həbs cəzası verilib.

30 yaşlı Entoni Deleyni spirtli içkinin təsiri altında cinayət işləyib. Dostları ilə birlikdə gecə əylənən şəxs restorandan ayrıldıqdan sonra içkili vəziyyətdə sükan arxasına oturub. İdarəetməni itirən Entoni yolda olan pişiyi vuraraq öldürüb. Həmin hadisəni küçədə yerləşən video kameralar görüntüləyib.

Heyvan qoruma dərnəklərin üzvləri həmin şəxsin həbs edilməsini tələb ediblər. Yüzlərlə insan ayağa qalxdıqdan sonra az zaman sürən məhkəmə nəticədə cinayət törədən şəxs 18 ay müddətində cəza alıb. Bundan əlavə olaraq Entoniyə 5 il müddətində ev heyvanlarını saxlamağa qadağa qoyulub.