media-005
4 martda Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi “Gənclik Mall”da Aİ-nin “Planetimiz naminə” kampaniyasını yekunlaşdırmaq, eləcə də fotomüsabiqənin qaliblərini elan etmək məqsədilə xüsusi tədbir keçirib.
XALQ.AZ xəbər verir ki, 2024-cü ilin noyabrında kampaniya çərçivəsində başlayan müsabiqə həvəskar fotoqrafları kampaniyanın dörd əsas mövzusu olan Hava, Su, Torpaq və Yaşıl enerji üzrə smartfonlarla çəkilmiş fotoşəkilləri təqdim etməyə həvəsləndirib.
Açılış nitqi ilə çıxış edən Aİ-nin Azərbaycandakı səfiri cənab Peter Michalko bildirib: “Bu gün mən ötən il başladığımız “Planetimiz naminə” kampaniyasının bağlanışını elan edirəm. Kampaniya, COP29-a qədərki dövr, konfrans müddətində və ondan sonrakı müddətdə ətraf mühitin idarə edilməsi və iqlim fəaliyyəti üçün qabaqcıl təcrübələri təşviq etmək məqsədi daşıyırdı”.
Müsabiqəyə 120-dən çox şəkil təqdim olunub və ümumilikdə 12 qalib foto seçilib. Fotomüsabiqənin qalibləri dünya şöhrətli fotoqraf Reza Deqatinin 1 günlük seminarı daxil olmaqla ödənişsiz fotoqrafiya kursunda iştirak edəcəklər.
Fotosərgi iki həftə ərzində “Gənclik Mall”da ictimaiyyət üçün açıq olacaq.
media-001 media-002 media-003 media-004 media-005 media-006 media-007 media-007 media-008 media-009 media-010 media-012

media-ads728x90

Bənzər xəbərlər