Plenar iclas başladı – Deputatlar maska və əlcəkdən istifadə etdi

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb.

XALQ.AZ xəbər verir ki,  iclasda iştirak edən Milli Məclisin deputatları tibii maska və əlcəkdən istifadə edirlər.

Həmçinin jurnalistlər də tibbi maska və əlcəkdən istifadə edirlər.

Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 4 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

– Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında

– Azərbaycan Resupblikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə (birinci oxunuş)

– “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi

– “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi” haqqında qanun layihəsi (birinci oxunuş)