Polad Ələmdar övladı oldu

90

Keçən il Nagihan Kaşıkçı ilə evlənən Necati Şaşmaz bu gün səhər saatlarında körpəsini qucağına alıb.

Publika.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nagihan Şaşmaz bu səhər 09:07-də oğlan uşağı dünyaya gətirib. Cütlük körpələrinin adını “Əli Nadir” qoyub.

Əli Nadirin doğumu Şaşmaz ailəsini sevincə boğub. Ananın da, körpənin də sağlığının vəziyyətinin yaxşı olduğu bildirilib.