Polis əməliyyat keçirdi

polis

Bakıda mənzildən külli miqdarda oğurluq edilib.

XALQ.AZ xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib.

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, ev 8, mənzil 19-da yaşayan Şirinov Samir Ələkbər oğlu Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinə müraciət edərək bildirib ki, evdə olmadığı vaxt naməlum şəxslər onun mənzilinin dəmir barmaqlıqlarını kəsərək evə daxil olub və oradan 20 min manatlıq qızıl-zinət əşyaları, 6800 dollar, 50 avro və 4500 manat oğurlayıblar.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

 

 

Orxan