Polis əməliyyat keçirdi

polis

Respublikanın daxili işlər orqanları tərəfindən yanvarın 24-dən 25-dək 111 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən XALQ.AZ-a verilən məlumata görə, axtarışda olduğuna görə 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.


Comments are closed.