Respublikanın Daxili İşlər orqanları tərəfindən gün ərzində 81 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb. XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, axtarışda olduğuna görə 14 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.