Polis avtobusuna hücum olub

pakistan polisi

 

Pakistanda polis xidmətinə hücum olub.  Xalq.az-ın Türkiyə mətbautına istinadən verdiyi məlumata görə, Pakistanda polisləri daşıyan xüsusi avtobusa təşkil edilən hücumda ilk təyin etmələrə görə 11 polis ölüb, 40 adam yaralanıb.

Xarici mətbuata istinadən verilən məlumata görə, Şəhərin Şah Lətif bölgəsində təxminən 60 polis məmurunu daşıyan xidməti avtobus ana yolda vəzifə yerinə doğru irəliləyərkən, partlayıcı yüklə dolu olan avtomobillə hücuma məruz qalıb.Kamikadze əməliyyatçısının vasitəsilə həyata keçirilən hücamda, 11 polis ölüb, 40 polis isə yaralanıb.

Yaralılar şəhərdəki Cinnah xəstəxanasına yerləşdirilib. Pakistan prezidenti Məmnun Hüseyn, hücumu çox pis qarşılayıb.