Polis”Fairmont Baku”da əməliyyat keçirdi, saxlanılanlar var – Video

FORM

Xəbər verdiyimiz kimi, Bakının məşhur hotellərindən olan “Fairmont Baku” karantin rejiminin qaydalarına zidd olaraq hovuzu müştərilər üçün açıq edib.

XALQ.AZ əldə etdiyi məlumata görə, hazırda Bakı polisi sözügedən hoteldə əməliyyat keçirir.

Karantin rejimini pozan müştərilərlə yanaşı, hotel rəhbərliyinin də İnzibati Xətalar məcələsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb olunacağı gözlənilir.

Polis "Alov qüllələri"ndə əməliyyat keçirdi -Saxlanılanlar var (Video)

Daxili İşlər Nazirliyi yaxın dəqiqələrdə məsələ ilə bağlı rəsmi açıqlama yayacaq.

XALQ.AZ