Polis gömrükçüləri ifşa etdi-Xüsusi əməliyyat

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları “Sədərək” ticarət mərkəzində əməliyyat keçirib.

XALQ.AZ məlumat verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən insanların sağlamlığına zərər vuran, əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində silsilə tədbirlər davam etdirilir. Növbəti belə tədbir Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində həyata keçirilib. Belə ki, Baş İdarəyə qeyd edilən ticarət mərkəzində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub. Qeyd olunan ünvanda yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələrin satışını həyata keçirən Astara rayonunda anadan olmuş Seymur Hənifəyev və onun oğlu Fərid Hənifəyev saxlanılıblar. Həmin şəxslərə məxsus ticarət mərkəzində yerləşən mağaza və anbara qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zamanı külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadlərində pirotexniki vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

XALQ.AZ əməkdaşlarının araşdırmaları nəticəsində məlum olmuşdur ki, paytaxtda və bölgələrdə bir sıra ticarət obyektlərində pirotexniki maddələrin satışı həyata keçirilir. Bu hallar aşkarlananda polis dərhal lazımi tədbirlər görür.Lakin məlum məsələ ilə bağlı satıcılarla söhbət zamanı gömrük keçid məntəqələrindən əsasən (şimal və qərb) ərazilərin dən müyyən qeyri qanuni yollarla bu pirotexniki malları keçirilməsi həyata keçirilir. Gömrük komitəsi isə bu məsələ ilə bağlı susur. Araşdırmalarımız davam edir.

На изображении может находиться: ночь
Нет описания фото.
Нет описания фото.
Нет описания фото.
На изображении может находиться: в помещении
Нет описания фото.


Нет описания фото.
Нет описания фото.

Orxan