Polis kapitanı qətlə yetirilib

 

12

 

Rusiyanın Kabardin-Balkar Respublikasının Baksan rayonu ərazisində naməlum şəxslər polis kapitanını qətlə yetirib. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə Baksan şəhərinin İnqilab küçəsində yerli vaxtla saat 20.00 radələrində baş verib. Belə ki, iki avtomat silahı ilə silahlanmış naməlum şəxs polis kapitanı Aslan Karaçayevi atəşə tutub. Polis xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Yol-patrul xidmətinin 39 yaşlı böyük müfəttişin hücum işdən evə qayıdarkən baş verib. Hadisə yerində 9 və 5,45 mm kalibrli gilizlər aşkarlanıb. Hadisə ilə əlaqədar “Vulkan-4” planı işə salınıb, cinayətkarların axtarışı aparılır.