Polis metroda əməliyyatlar keçirir

 

16

Rusiya paytaxtında polis metro stansiyalarında xüsusi əməliyyat keçirməyə başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Moskva polisindən bildirilib ki, hüquq-mühafizə orqanları bütün metro stansiyaları və onlara bitişik ərazilərdə cinayətkarlıq və qanunsuz hallarla mübarizə məqsədilə profilaktik tədbirlər həyata keçirəcək. Etnik cinayətkarlıq, qeyri-leqal miqrasiya, saxta sənədlərlə ticarət, eləcə də silah və narkotiklərıin qanunsuz dövriyyəsi məsələlərinə xüsusi diqqət yetiriləcək.

Əməliyyatın digər detalları və müddəti haqda açıqlama verilməyib.

Xatırladaq ki, 2013-cü ilin əvvəllərində Moskva bazarlarında da bu cür əməliyyat keçirilib.