Polis polkovnikinin gənc qızının oteldə meyiti aşkarlandı-Fotolar

“Sağlam Düşüncə” Gənclər Təşkilatının İdarə heyətinin üzvü Zeynəb Vəlizadə 21 yaşında Gürcüstanda vəfat edib.

XALQ.AZ  Femida.az-a istinadən xəbər verir ki, Z. Vəlizadə qonşu ölkədə keçirilən təlimdə iştirak etmək üçün oraya gedib.

Ötən gün axşam saatlarında gənc qızın vəziyyəti qəfil pisləşib və onun həyatını xilas etmək olmayıb.

Vəlizadənin hansı səbəbdən dünyasını dəyişdiyi bilinmir.

Məlumata görə, Zeynəb Vəlizadə Sumqayıt şəhər Polis İdarəsinin keçmiş rəis müavini Şirinəli Vəliyevin qızıdır.

Qeyd edək ki, Z. Vəlizadə 1997-ci ildə Sumqayıt şəhərində anadan olub. O, Bakı Mühəndislik Universitetinin tələbəsidir.

***

“Report” xəbər verir ki, Zeynəb Vəlizadə Gürcüstanın Bakuriani kurortunda yerləşən hotellərin birində mədəniyyətlə bağlı keçirilən beynəlxalq tədbirdə iştirak edib.

Şahidlərin sözlərinə görə, gənc qız özünü pis hiss edib və daha sonra hotel otağında meyiti aşkar olunub.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi üzrə cinayət işi açıb. Z.Vəlizadənin meyiti ölüm səbəbinin müəyyən olunması üçün ekspertizaya göndərilib.

Azərbaycanın Gürcüstandakı səfirliyi Z.Vəlizadənin ailəsi ilə əlaqə saxlayıb və cənazənin Vətənə çatdırılması istiqamətində işlər həyata keçirir.

 


Keçmiş rəis müavininin qızı Gürcüstanda qəflətən dünyasını dəyişdi