Polis rəisi koronavirusdan öldü

Moskvanın Daxili İşlər İdarəsinin Qərb dairəsi üzrə post-patrul xidmətinin rəisi İqor Xvenko koronavirusdan ölüb. Onun ivəzifə başında virusa yoluxduğu ehtimal edilir.

XALQ.AZ xəbər verir ki, bir neçə həftə əvvəl idarədəki bütün rəhbərlik COVID-19 testi müsbət çıxan əməkdaşa görə karantinə göndərilmişdi.

Həmin vaxt ictimai asayişin qorunması üzrə rəis müavini olan Vyaçeslav İvanov xəstələnmişdi. OHazırda o, artıq sağalıb.

Xvenko xəstəliyi ağır keçirib, ağciyərlərin süni ventilyasiyası aparatına qoşulub. Lakin həyatını xilas etmək mümkün olmayıb.