Bu gün vətəndaşların bank kartlarından 10725 manat kiber üsulla oğurlanıb.

 

XALQ.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev paylaşım edib.

media-elsad

 

O, qeyd edib ki, bu gün 7450, 1650, 900, 445, 102, 70, 62, 46 manat pul vətəndaşların bank kartlarından kiber üsulla oğurlanıb:

 

“Pullar ona görə oğurlanıb ki, məxfilik daşıyan, şəxsi məlumatları naməlum şəxslər aldadıb alıblar. Cinayətkar üçün məbləğin fərqi yoxdur, hesabda nə varsa, talayır. Bir daha xatırladırıq: naməlum şəxslərlə bank kartları ilə əlaqəli olan danışıq aparmayın, yazışmayın və bloklayın”.


media-ads728x90

Bənzər xəbərlər