Kibertəhlükəsizlik – informasiya təhlükəsizliyidir. Hər kəs təhlükəsizliyi üçün fərdi məlumatlarını qorumalıdır. Çünki, kimdə smartfon varsa internetə çıxışı var”. 

XALQ.AZ  xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında bildirib.

media-elsad

Qurum rəsmisi bildirib ki, internetə çıxışı olan hər bir şəxs cinayətkarların tələsinə düşə bilər:

“Risk qaçılmazdır. Cəlbedici olan, bank kartlarınızda olan pul vəsaitləridir. Bank kartları ilə əlaqəli bütün zənglər, mesajlar bloklanmalıdır. Əks halda aldadıb pulunuzu oğurlayacaqlar”.


media-ads728x90

Bənzər xəbərlər