Polisin yaxaladığı şəxsin anasından tapança çıxdı

Silah

Abşeron rayonunda qadından silah tapılıb.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etdiyinə görə tutulan R.Cəfərovun anasından silah götürülüb.

Şamaxı şəhər sakini Xatın Əliyevadan 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron sandığı və 3 ədəd patron götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.