Polşa Azərbaycana yeni səfirini təyin edib

Polşa Respublikasının Prezidenti Andjey Duda iyulun 9-da iki yeni səfiri postlarına təsdiqləyib.

XALQ.AZ  xəbər verir ki, Rafal Poborski Polşanın Azərbaycandakı səfiri təyin olunub. O, bu vəzifədə Marek Tsalkanı əvəz edəcək.

Rafal Poborski 1976-cı ildə doğulub. Varşava Universitetinin şərqşünaslıq fakültəsini bitirən diplomat 2005-2006-cı illərdə Polşa XİN-in Avropa departamentində attaşe, 2006-2016-cı illərdə isə Şərq Siyasəti Departamentində çalışıb. O, 2016-cı ildə “EXPO-2012” Beynəlxalq Sərgi Təşkilatının diplomatik dəstək üzrə işçi qrupunun üzvü olub.

Polşanın ikinci təyinatı isə NATO-dakı yeni daimi nümayəndəsidir. Bu vəzifəyə isə ixtisasca hüquqşünas olan Tomas Şatkovski təyin olunub. T.Şatkovski bu postda Marek Jolkovskini əvəzləyəcək.

 

Orxan