Polşa prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Polşa Respublikasının Prezidenti Andjey Dudanın Azərbaycan Respublikasına rəsmi səfəri mayın 31-də başa çatıb.

XALQ.AZ  xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Polşa Prezidenti Andjey Dudanı hava limanında Azərbaycanın Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıblar.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.