Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçildi

UNESKO Baş Konfransının 40-cı sessiyasında Polşa bu təşkilatın İcraiyyə Şurasının üzvü seçilib.

XALQ.AZ  xəbər verir ki, bundan sonra Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü olaraq təşkilatın gələcək simasını müəyyən edəcək islahatlarla bağlı qərar qəbuletmə prosesində iştirak edəcək.

İcraiyyə Şurası UNESKO-nun konstitusiya qanununa uyğun olaraq yaradılan üç qurumundan biridir. Bu, təşkilatın proqramı və büdcəsinin icrasına nəzarət edən və bütün müvafiq qərarlar üzrə nəticələri araşdıran ən vacib hökumətlərarası orqandır. Şura dördillik müddətə seçilən 58 ölkədən ibarətdir.