Polşada “Uydurma iddialara inanma, Xocalı soyqırımını tanı” adlı aksiyaya start verilib

Erməni diaspor təşkilatlarının “uydurma soyqırımı günü” ərəfəsində Avropada fəallaşmasını nəzərə alan Polşadakı azərbaycanlı diaspor fəalları “Uydurma iddialara inanma, Xocalı soyqırımını tanı” adlı aksiyaya başlayıblar. 

XALQ.AZ xəbər verir ki,  bu barədə Polşa Azərbaycanlıları Birliyinin sədri Cavid Zeynalov məlumat verib. Bildirib ki, aksiya çərçivəsində erməni yalanları ifşa ediləcək, Xocalı həqiqətləri Polşa ictimaiyyətinə çatdırılacaq. Həmçinin Fransa prezidentinin 24 aprel qərarına etiraz bildiriləcək. Ölkənin iri şəhərlərində keçirilməsi nəzərdə tutulan aksiya xüsusilə də, gənc nəsli məlumatlandırmaq xarakteri daşıyır.

Tədbirdə yaxından iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov erməni yalanlarına qarşı bütün platformalarda mübarizə aparmağın zərurəti barədə danışıb və gələcək fəaliyyət planları barədə diaspora fəalları ilə fikir mübadiləsi aparıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.