Prezident Əfv Məsələləri Komissiyasının yeni tərkibi təsdiqlədi – Siyahı

pre 1

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

XALQ.AZ məlumat verir ki, sərəncama əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli sərəncamının 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

“Komissiyanın sədri


Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri


Komissiyanın üzvləri


Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri


Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi


Fikrət Məmmədov – Azərbaycan Respublikasının Ədliyyə naziri


Vilayət Eyvazov – Azərbaycan Respublikasının Daxili İşlər naziri


Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi


Allahşükür Paşazadə – Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri


Əhliman Əmiraslanov – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri


Zahid Oruc – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri


Fazil Mustafa – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini


Azay Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı


Sədaqət Vəliyeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı


Aynur Sofiyeva – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini


Rəşad Məcidov – Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü


Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri


Bəyimxanım Verdiyeva – “Xan Şuşinski” Fondunun rəhbəri


Mehriban Vəliyeva ¬- Akademik Zərifə Əliyeva adına liseyin direktoru


Komissiyanın katibi


Kəmalə İsmayılova – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri.