Prezident Əli İnsanovu əfv etdi

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Ölkə başçısının sərəncamına əsasən, sabiq səhiyyə naziri Əli İnsanov da əfv edilib.

Qeyd edək ki, Ə.İnsanov 2005-ci ildə dövlət vəsaitlərinin mənimsənilməsi və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq həbs edilmişdi.

Orxan