Prezident əfv fərmanı imzaladı

 

98

 

Gürcüstan Prezidenti Mixeil Saakaşvili Gürcüstanın müdafiə naziri Baço Axalayanı əfv edib. Bu barədə prezident administrasiyasının rəhbəri Andro Barnov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, əfv haqqında fərman imzalanıb.

Qeyd etmək lazımdır ki, Mixeil Saakaşvilinin özü Gürcüstanda yoxdur. O, Avropadan hələ ki geri qayıtmayıb.

Mətbuat xidmətinin məlumatına görə, Saakaşvili Avropa liderləri ilə danışıqlar aparır.

Sabiq nazirin vəkili Giorqi Oniani bildirib ki, prezidentə əfv müraciəti ilə, günahını boynuna almayan Axalayanın özü yox, onun ailəsi müraciət edib.