Prezident Əli Nağıyev və Vilayət Eyvazovu yeni vəzifəyə təyin etdi

Prezident yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibi müəyyənləşib.

XALQ.AZ  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamının 1-ci hissəsində dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvləri sırasından Mədət Quliyevin adı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev və Ramil Usubovun adı Daxili işlər naziri Vilayət Eyvazov və sözləri ilə əvəz edilib.