Prezident administrasiyasında zəlzələ anları -VİDEO

Dövlət başçısı hadisəyə soyuqqanlı yanaşıb

Bakıda keçirilən iclasda iştirak edən MDB ölkələrinin Sərhəd Qoşunlarının komandanları prezident İlham Əliyevin qəbulunda olublar. “Qafqazinfo” AnsPress-ə istinadən xəbər verir ki, Görüş gedərkən səhər saatlarında Bakıda baş verən zəlzələ hiss edilib. Dövlət başçısının hadisəyə soyuqqanlı və təmkinli yanaşması diqqət çəkən məqam olub.

Qeyd edək ki, bu gün Bakıda MDB ölkələri Sərhəd Qoşunları komandanları şurasının 70-ci iclası keçirilir. İclasın gündəliyinə 7 məsələ daxil edilib. Bu məsələlər arasında 2014-cü ildə MDB ölkələrinin xarici sərhədlərinin, o cümlədən mərkəzi Asiya regionu və Xəzər hövzəsində xarici sərhədlərin təhlükəsizliyinin təmin olunması da var.